...

Güclü leysan yağışları Əli-Bayramlı elektrik stansiyasının işini pozmayıb

Energetika Materials 12 Oktyabr 2006 17:10 (UTC +04:00)

Əli-Bayramlı şəhərini və ətraf yerləri su basması ilə nəticələnmiş güclü leysan yağışları eyni adlı elektrik stansiyasının fəaliyyətini pozmayıb. Trend in "Azərenerji" SC-nin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, bu barədə SC-nin viste-prezidenti Marlen Əsgərov bəyan edib.

Onun sözlərinə görə, 7 enerji blokundan 6-sı şəbəkəyə qoşulub. Onlardan biri planlı cari təmirdədir. Bu günlərdə elektrik stansiyasında 3-cü enerji bloku istismara verilib. Qeyd edək ki, bu blok qışa hazırlıq çərçivəsində əsaslı təmir olunub.

Bu blokda turbinlərin, blokun istilik avtomatikasının işlənmiş detalları, elektrik sexi avdanlıqları, yüksək təzyiqli qızdırıcılar yeniləri ilə əvəz olunub, yanğınsöndürmə sistemi dəyişdirilib. Ehtiyat hissələrinin əsas həcmi Xarkov zavodunda sifariş edilib. Təmir nəticəsində enerji blokunun gücü 40 MVt artıb və 140 MVt təşkil edir.

Xəbər lenti

Xəbər lenti