Salyan Oil Əməliyyat şirkəti yaxın iki həftə ərzində "Kürsəngi- Qarabağlı" dəniz yatağında növbəti - beşinci istismar quyusunun qazılmasına başlayıb. Bu haqda Trend -ə şirkətdən xəbər verilib. Bu quyuda işlərin ilin sonunda bitəcəyi guman edilir.
Əvvəlcə şirkət dördüncü quyunun qazılmasını başa çatdırıb. Şirkətin nümayəndələrinin sözlərinə görə, layihəyə uyğun olaraq quyunun dərinliyi 3744 metr təşkil edir. Hazırda o mənimsənilir. Bu istismar olunan neft quyusu olacaq.
Şirkətd tərəfindən qeyd olunduğu kimi, bu il ehtimal ki, əvvəlcədən fərz olunduğu 8 yox 5 quyu qazılacaq. Bu işin gedişatında yaranan bəzi problemlərlə izah olunur. Lakin istisna olunmur ki, işin bütün həcmi yerinə yetiriləcək.