...

Bakı-Supsa boru kəməri dekabrın sonuna qədər təmirə bağlanacaq

Energetika Materials 9 Noyabr 2006 15:28 (UTC +04:00)

Bakı-Supsa boru kəməri ("Qərb marşrutu") hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) həyata keçirdiyi texniki araşdırmalara görə 2006-cı il dekabr ayının sonunadək fəaliyyətini dayandıra bilər.

ABƏŞ-in iştirakçısı olan Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend ə verilən məlumata görə, hazırda Bakı-Supsa boru kəmərində elektron diaqnostika avadanlığından istifadə etməklə, onun vəziyyətinin tədqiqi davam edir.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında hasil olunan və qismən Bakı-Supsa boru kəməri ilə nəql olunan neft həcmi "qərb marşrutu"nun dayandığı zaman Bakı-Novorossiysk ("şimal marşrutu") kəmərinə istiqamətləndiriləcək. Beləliklə, ABƏŞ üzrə tərəfdaşları "qərb marşrutu"nun dayanması səbəbindən keyfiyyətdə itirəcəklər, belə ki, nefti Supsa limanından yükləyərkən, neftin Azeri Light növü digər markalarla qarışdırılmır, Novorossiysk limanında isə Azeri Light Ural növünün Rusiya qarışığı kimi satılır.

Hazırda işləməyən Bakı-Supsanın ixracı üçün nəzərdə tutulmuş AÇG -dən neft həcmlərinin nəqli üçün Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinin istehsal gücündən istifadə etmək indi mümkün deyil. Bu onunla izah olunur ki, BTC boru kəmərinin hazırki daşıma qabiliyyəti sutkada 540 min barelə qədərdir. BTC-nin nasos stansiyalarında yanacaq - təbii qaz olmadığından Bakı-Ceyhanın daşıma qabiliyyətini artırmaq mümkün deyil. Stansiyaya qaz "Şahdəniz" yatağından tədarük olunacaq, lakin burada hasilat yalnız dekabr ayında başlayacaq.

Hazırda isə BTC-nin nasos stansiyalarında dizel yanacağından istifadə olunur. Dizel yanacağı BTC Co boru kəməri şirkətinə Bakı-Ceyhanın nasos stansiyalarının gücünü artırmağa imkan vermir, gücü yalnız 500-540 min barel səviyyəsində saxlamağa imkan verir.

BTC yalnız 2007-ci ilin aprel ayında 1 mln. barel səviyyəsində layihəyə əsasən maksimal daşıma qabiliyyətinə çatacaq. Qazın "Şahdəniz"dən bu ilin sonundan tədarük olunacağına baxmayaraq, BTC-nin nasos stansiyaları sisteminin sınaqdan keçirilməsi üçün bir neçə ay tələb olunur.

Yanvar-oktyabr aylarında Bakı-Supsa boru kəməri ilə 5,616 mln. ton neft ixrac olunub, 2005-ci ilin yanvar-oktyabr aylarında isə bu göstərici 5,756 mln. ton təşkil edib. 2005-ci ilin oktyabr ayında ixrac olunmuş 599,5 min tonla müqayisədə bu ilin oktyabr ayında 392,134 min ton ixrac olunub.

Xəbər lenti

Xəbər lenti