...

Gürcüstanın enerji sistemi Azərbaycana elektrik enerjisi ixrac etməyə tam hazırdır

Energetika Materials 10 Noyabr 2006 11:29 (UTC +04:00)

Gürcüstanın enerji sistemi Azərbaycan və Türkiyəyə elektrik enerjisi ixrac etməyə tam hazırdır. Gürcü tərəfi azərbaycanlı və türk həmkarlarının elektrik enerjisinin qəbuluna texniki hazır olduqlarını bildirmələrini gözləyir. "İxrac istənilən an başlaya bilər", - deyə İrlandiyanın ESBI şirkətinin idarə etdiyi "Gürcüstanın Dövlət Elektrik Sistemi" şirkətindən məlumat verilib.

Gürcüstan Azərbaycan və Türkiyəyə sutkada 3 mln. kVt/s - Azərbaycana 1,5 mln. kVt/s və Türkiyəyə 1,5 mln. kVt/s elektrik enerjisi ixrac etmək niyyətindədir. Gürcüstandan elektrik enerjisi ixracı Azərbaycan və Türkiyə ilə imzalanmış barter sxemi üzrə elektrik enerjisinin tədarükləri haqqında saziş çərçivəsində həyata keçiriləcək.

Hazırda Gürcüstanda elektrik enerjisi artıqlığı müşahidə olunur və onun ixracı üçün imkan var. Həmin ölkələrlə elektrik enerjisi mübadiləsi həm mövsüm üzrə, həm də hər gün həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti