...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 14 Noyabr 2006 11:37 (UTC +04:00)

Noyabrın 13-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $57,59/barel təşkil edib, bu isə noyabrın 10-dakı qiymətdən $1,54/barel azdır.

Trend xəbər verir ki, noyabrın 13-də AZERI LT CIF Augusta neftinin qiyməti $58,35/barel təşkil edib, bu isə noyabrın 10-dakı qiymətdən $1,54/barel azdır.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Oktyabrın 13-də URAL (EX-NOVO) neftinin qiyməti $54,91/barel təşkil edib, bu isə noyabrın 10-dakı qiymətdən $1,20/barel azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Noyabrın 13-də DTD neftinin qiyməti $56,95/barel təşkil edib, bu isə noyabrın 10-dakı qiymətdən $1,74/barel azdır. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti