...

Çindən olan mütəxəssislər Azərbaycan İES-in iş prinsipini öyrənir

Energetika Materials 12 Dekabr 2006 15:43 (UTC +04:00)

Elektrik enerjisi sahəsində Çindən olan mütəxəssislər qrupu Mingəçevirdə yerləşən İES-in işi ilə tanış olub. Bu barədə Trend ə "Azərenerji" Səhmdar Cəmiyyətin mətbuat xidmətindən xəbər veriblər.

Çin nümayəndələri AzİES-in işini detallı şəkildə öyrənir və stansiyanın yenidənqurulması ilə bağlı görülməli işlər barədə fikir mübadilələri aparırlar. Bu gün turbin və generator istehsalı üzrə Xarbinsk zavodlarından nümayəndə qrupu da onlara qatılacaq. Bu müəssisələr AzİES-in yenidənqurulması ilə bağlı tenderdə iştirak etmək niyyətində olan "CNEEC" Çin şirkətinə məxsusdur.

Əvvəllər "Azərenerji"nin nümayəndələri Çində "CNEEC"in avadanlıq istehsal edən müəssisələri, eləcə də elektrik stansiyaları ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti