...

Koreya Azərbaycanda dizel generatorlarının istehsalı üzrə zavod tikmək istəyir

Energetika Materials 15 Dekabr 2006 15:00 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri "STX Energy Co Ltd." Cənubi Koreya şirkətinin prezidentinin rəhbərliyi altında nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə nazirlikdən bildiriblər.

Görüş zamanı Azərbaycanla Cünubi Koreya arasında xüsusən energetika sahəsində iqtisadi münasibətlərin bugünkü vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

Koreyalı sahibkarlar Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramının, eləcə də bir sıra konkret layihələrin realizəsində, o cümlədən 200-300 MVt gücündə elektrik stansiyasının tikintisində, dizel generatorlarının istehsalı üzrə zavodun tikintisində və 1,5-2 MVt gücündə külək elektrik stansiyalarının quraşdırılmasında iştirak etmək barədə istəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti