...

"MakDermott Kaspian Kontraktorz" "Mərhəmət 2006" aksiyası keçirdi

Energetika Materials 18 Dekabr 2006 10:14 (UTC +04:00)

"MakDermott Kaspian Kontraktorz", İnk. (MakDermott) Azərbaycanın Qırmızı Aypara Komitəsi ilə birgə Qaradağ rayonunda yaşayan tənha qocalar üçün "Mərhəmət 2006" aksiyası keçirib.

Trend xəbər verir ki, bu aksiya şirkətin maliyyə dəstəyi ilə keçirilib. Bu aksiya çərçivəsində Lökbatın, Qızıldaş, Sahil və Kərgəz qəsəbələrində yaşayan tənha qoacalara yardım göstərilib.

Tədbirdə Qaradağ rayon icra hakimiyyəti başçısı Hüseyn İsrafilov, "MakDermott Kaspian Kontraktorz" şirkətinin başçısı Den Xauzer, Azərbaycan Qırmızı Aypara Komitəsinin nümayəndələri iştirak edib.

Bundan əvvəl şirkət Sahil və Qaradağ rayonlarında iki orta məktəbin əsaslı təmirini başa vurub. Rayonun böyük təhsil müəssisələrindən sayılan, 70-ci illərin əvvəllərində tikilmiş bu məktəblərdə 3 200-dən artıq şagird çalışır, onlardan 410-u "MakDermott"da çalışan işçilərin övladlarıdır.

Bu işlərin yerinə yetirilməsi üçün şirkət təxminən 140 min ABŞ dolları ayırıb. Bu şirkətin dünya üzrə maliyyələşdirildiyi böyük sosial layihələrdən biridir.

Xəbər lenti

Xəbər lenti