...

ARDNŞ tenderdə bir partiya dizel yanacağı satıb

Energetika Materials 22 Dekabr 2006 13:19 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2007-ci ildə 300 min ton L-62 markalı dizel yanacağının satışı üçün İsveçrənin Addax treyderi ilə Baku FCA şərtlərində müqavilə imzalayıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Bakı NEZ-lərin istehsalı olan neft məhsulları 2007-ci ilin birinci yarısı ərzində yüklənəcək. Dizel yanacağı Gürcüstanın Poti və Batumi limanlarından satılacaq.

Yanvar-noyabr aylarında ARDNŞ 1,18 mln. ton dizel yanacağı ixrac edib. Noyabr ayında ixrac 102,39 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti