...

"Azərenerji" "Şimal" elektrik stansiyasında II buxar-qaz qurğusunun tikintisi üçün tenderdə maraqlananların sayını açıqlayıb

Energetika Materials 16 Yanvar 2007 19:37 (UTC +04:00)

Hazırda iki şirkət "Azərenerji" səhmdar cəmiyyətinin "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun layihələndirməsi, təminatı, tikinti və montajı, sınaqdan keçirilməsi, işə salınma və istismara verilməsi tenderində iştirak etmək istədiyini bildirib. Bu barədə çərşənbə axşamı "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov Trend ə məlumat verib.

Onlardan biri - bu elektik stansiyasında birinci buxar-qaz qurğusunun tikintisini həyata keçirən Mitsui/Mitsubishi şirkəti, ikinci isə - Cənubi Koreyanın "Bumjin Korporeyşn" şirkətidir.

Layihəyə 400 MVt nominal gücə malik BQQ-nin, 220 kV gücə malik dörd elektrik ötürücü xəttin və 220/110 kV gücə malik yarımstansiyanın tikintisi daxildir. Layihə tam şəkildə yerinə yetirilməlidir. Layihənin icra müddəti 27 aydır.

Arzu edən təşkilatlar bu il oktyabr ayının 25-dən tender sənədlərinin əsas toplusunu ala bilərlər. Təkliflər 22 yanvar 2007-ci il tarixinə qədər təqdim olunmalıdırlar. Onlar 22 yanvar 2007-ci il tarixində açılacaq.

Yaponiyanın JBIC şirkəti stansiyada 400 MVt gücə malik ikinci buxar-qaz qurğusunun tikintisinə 29,28 mlrd. iyen məbləğində güzəştli kredit ayırır. Bu vəsaitlər illik 0,75%-lə 40 il müddətinə verilir. Onlardan 10 ili güzəşt müddətidir. DRES-də 400 MVt gücə malik bir buxar -qaz qurğusu var. Bu qurğunun inşasını Mitsui/Mitsubishi Yaponiya şirkətlər alyansı həyata keçirib.

Xəbər lenti

Xəbər lenti