...

Türkiyə Azərbaycan neftini boru kəmərləri ilə İsrailə ixrac etməyə başlaya bilər

Energetika Materials 17 Yanvar 2007 15:20 (UTC +04:00)

Türkiyə və İsrail neft, qaz və su nəqli üçün boru kəmərləri şəbəkəsi inşa etmək barədə razılığa gəliblər. Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Hilmi Gülər Associated Press agentliyinə verdiyi müsahibəsində bildirib.

Azərbaycanın neft sənayesi sahəsindəki mütəxəssislərinin Trend ə bildirdiyi kimi, Türkiyənin planlarına, xüsusilə, Azərbaycan neftinin yerli NEZ-də emalı üçün İsrailə ixrac imkanı daxildir. İsrail daxili bazarda, əsasən, avtomobil benzini, maye qaz və dizel yanacağından istifadə edir. Rusiya nefti də ixrac oluna bilər.

Layihə üzrə razılıq Türkiyənin energetika naziri Hilmi Gülərin İsrailə səfəri zamanı əldə olunub.

Nazirin sözlərinə görə, Türkiyə və Rusiya Türkiyədə Qara dənizin Samsun limanından Aralıq dənizindəki Ceyhan terminalına qədər, oradan isə İsrailə boru kəmərlərinin sayının genişləndirilməsi haqqında razılaşıblar. Türkiyə həmçinin Aralıq dənizindən İsrailə su nəqli üçün yeni boru kəməri tikməyə hazırlaşır.

Həmçinin Türkiyə Livana qaz nəql etməyi planlaşdırır, lakin nəqlin İsraili təchiz edəcək eyni boru kəməri ilə həyata keçiriləcəyi hələ aydın deyil.

Xəbər lenti

Xəbər lenti