...

Bakıda modul elektrik stansiyasının tikintisi başa çatır

Energetika Materials 25 Yanvar 2007 12:46 (UTC +04:00)

Finlandiyanın "Wartsila" şirkəti Bakıda modul elektrik stansiyasının tikintisini başa çatdırır. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətbuat xidmətindən bildiriblər. Hazırda elektrik stansiyasında əsas quraşdurma işləri başa çatıb. Elektrik stansiyasında hər biri 8,7 MVt gücündə olan 12 blok qoyulub. Bu, maksimum yüklənmə zamanı stansiyada 100 MVt elektrik enerjisi istehsalına imkan verəcək.

220 kV gücündə yarımstansiyanın tikintisi tamamilə başa çatıb, bunun vasitəsilə stansiyada istehsal edilən elektrik enerjisi şəbəkəyə ötürüləcək. Elektrik stansiyasının istismara verilməsi 2007-ci ilin fevralı üçün planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti