...

Mütəxəssislər: Azərbaycan Avropaya təbii qaz ixracına yaxınlaşır

Energetika Materials 1 Fevral 2007 19:12 (UTC +04:00)

Yunanıstan və İtaliya arasındakı yeni boru kəməri Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından qazın Avropaya nəql olunması üçün əlverişli imkan yaradacaq. Bununla yanaşı, bu kəmər vasitəsilə Orta Asiya respublikalarının tranzit qazı da nəql oluna bilər. Bu barədə Trend ə bu gün Azərbaycanın neft sənayesi sahəsindəki mütəxəssislər məlumat verib.

Yunanıstan və İtaliya sualtı qaz kəmərinin inşasına dəstək protokolunu imzalayıb. Bu kəmər Azərbaycan, Rusiya, Yaxın Şərq və Şimali Afrika ölkələrinin neftini Yunanıstandan keçməklə Avropaya nəql etməyə imkan verəcək.

Avropa Birliyi Avropaya enerjidaşıyıcılarının diversifikasiyasında maraqlıdır. Burada əsas tədarükçü Rusiyadır.

Noyabrdı Afropa Birliyi və Azərbaycan arasında "Energetika sahəsində strateji əməkdaşlıq haqqında" sənəd imzalanıb. AB və Azərbaycan arasında strateji əməkdaşlıq dörd istiqamətdədir:

- Azərbaycan qanunlarının AB dövlətlərinin qanunlarına uyğunlaşdırılması. Bunun üzərində energetika qanunlarını, istehsalını, nəqlini, bölüşdürülməsini, tariflər, qiymət siyasətini bilən hüquqşünaslar və mütəxəssislər qruppu çalışacaq. Nazir qeyd edib ki, bu birinci qrup qanunları uyğunlaşdıracaq.

- İkinci qrup AB üçün vacib olan nəql yolları ilə məşğul olacaq. Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz neft kəmərlərinin inşası Avropa üçün olduqca əhəmiyyətlidir. AB Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməsi, Qazaxıstan, qismən Türkmənistan və İran qazının NABUKKO layihəsinə əsasən respublika ərazisindən keçməklə ya Qara dəniz, ya da Ukraynadan keçərək Avropaya daxil olma məsələlərini ortaya qoyur.

-Üçüncü qrup suallar Azərbaycanın yanacaq-energetika kompleksinin restrukturizasiyası ilə bağlıdır. Yanacaq-energetika kompleksinin dövlətsizləşdirilməsi, daha mobil və kommersiya cəhətdən effektini artırmaq üçün həyata keçiriləcək gələcək islahatlardır.

Dördüncü blok - təcrübə mübadiləsidir.

Quru hissəsi 590 km, sualtı hissəsi 217 km təşkil edəcəkYunanıstan-İtaliya qaz kəmərinin hazırda inşa edilən və 2007-ci ilin iyununda tamamlanacaq Yunanıstan-Türkiyə qaz kəməri - Komotini-Qaracabeylə birləşdiriləcək. Qaz kəməri Türkiyənin qaz nəqliyyatı sisteminə birləşdirildikdən sonra kəmər vasitəsilə Türkiyədən Azərbaycana, İrana qaz; "Mavi axın" qaz kəməri ilə isə Rusiyadan qaz nəql olunacaq.

Yunanıstan-İtaliya Komotini-Otranto qaz kəmərinin inşası 2008-ci ildə başlanacaq və 2011-ci ildə tamamlanacaq.

Yunanıstan-İtaliya qaz kəmərinin inşaatının ümümi dəyəri 1 milyar avronu ötəcək. İnşaat qismən AB tərəfindən maliyyələşəcək.

Yunanıstan Türkiyə vasitəsilə 11,5 milyard kub metr nəql edəcək, İtaliyaya 8 milyard kub metr ixrac edəcək. Qalan hissə daxili tələbata sərf olunacaq.

Yunanıstan həmçinin Albaniya və keçmiş Yuqoslaviya respublikası Makedoniyaya tranzit nəqletməni həyata keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti