...

Anshad BM neft hasilatının rekord həcmi barədə elan edib

Energetika Materials 16 Fevral 2007 14:27 (UTC +04:00)

Anshad petrol BM-in sutkalıq neft hasilatı 129,5 ton (945 barrel) təşkil edir. Bu göstərici ötən il hasilat göstəricisindən 4,5 ton (32,8 barrel) yüksəkdir. Bu barədə Trend ə BM-in baş direktoru Məhəmməd Mustafayev məlumat verib. 2006-cı ildə (12 ildə ilk dəfə olaraq) BM illik neft hasilatında 47,96 min ton (350,13 min barrel) səviyyəsinə çatıb.

Neft hasilatının artılırlması üçün 2005-ci ilin sonunda xüsusi proqram işlənib hazırlanıb. Onun həyata keçirilməsi nəticəsində, BM 6 yeni quyu qazıb. Fəaliyyətsiz fonddan daha iki quyu yeni gövdə ilə qazılıb. 17 quyu istifadəyə qaytarılıb. Bunlardan 12-si fəaliyyətsiz fonddan və 5-i isə ləğv olunmuşdur.

56 geoloji və 94 texniki tədbirlərin nəticəsində əlavə olaraq 4,12 min ton neft (30,05 min barrel) hasil olunub.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazanan" müqavilə meydançalarındakı quyulardan neft və qaz hasil edir. Anshad petrol BM ADNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında "Neftçalaneft" neft-qaz əldə edən idarənin əsasında 1993-cü ildə yaradılıb.

1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol olub. Lakin 1997-ci ildən ADNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol-un payının 17,15%-ni alaraq layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti