...

Ekspert: İran və Rusiya Transxəzər boru kəməri layihəsinin reallaşdırılmasında özləri üçün təhlükənin olduğunu görür

Energetika Materials 19 Fevral 2007 16:42 (UTC +04:00)

İranın və Rusiyanın özləri üçün təhlükə kimi gördükləri Transxəzər boru kəməri layihəsinin reallaşdırılmasında maneələrin yaradılması üçün Türkmənistan və Azərbaycan arasında gərginliyin saxlanmasında maraqlı olan tərəflər var. Bu barədə Trend ə bazar ertəsi politoloq Rasim Musabəyov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında ikitərəfli münaqişələrin qaydaya salınması üçün şans var, çünki istənilən hakimiyyət dəyişikliyi köhnə siyasətə yenidən baxmaq imkanı verir. Fevralda Qurbanqulı Berdımuxammedov Türkmənistanın yeni prezidenti seçildi.

"Bu şansdan istifadə etməyə cəhd göstərən yalnız Azərbaycan olmayacaq. Düşünürəm ki, yeni rəhbərliyin daxili kursunun necə olmasından asılı olmayaraq səy göstərmək, münasibət qurmağa çalışmaq çox düzgündür", - deyə o bildirib.

Ekspert Azərbaycanın Türkmənistan üçün zəruri olduğunu qeyd edib, çünki ölkə kommunikasiya çıxışı rolunu oynaya bilər, çünki Xəzərdə dövlətimizin artıq infrastrukturu var və Türkmənistanın neft işlənmələri buna əsaslanaraq daha ucuz və səmərəli ola bilər.

Xəzərin statusuna gəlincə, Musabəyovun sözlərinə görə, əgər bu məsələ həll olunsa, Transxəzər layihəsinin reallaşdırılmasını dayandırmaq çox çətin olacaq.

"Düşünürəm ki, Rusiya və İran Xəzərin bölüşdürülməsinə aid hissədə gərginliyi saxlamağa çalışacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti