...

Tarif Şurasının sədri: Azərbaycanda yanacağa olan qiymətin artırılması planlaşdırılmır

Energetika Materials 27 Fevral 2007 20:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycanın Tarif Şurasında martın 1-dən dizel yanacağı və avtomobil benzinin qiyəmtinin artırılması ilə bağlı təkliflər yoxdur. Bu barədə bu gün iqtisadi inkişaf naziri, Tarif Şurasının sədri Heydər Babayev mətbuat kolnfransında məlumat verib.

"Bu əhali arasında ajiotaj yaratmaqda maraqlı olan ayrı-ayrı şəxslər tərəfindən yayılmış şaiyədir", deyə o, bildirib.

Onun sözlərinə görə, əlavə qiymət artımı ilə bağlı dövlət müəssisələrindən təkliflər daxil olmayıb.

"Əgər bu cür təkliflər daxil olsaydı belə, Tarif Şurası onları əsassız hesab edərdi. Bu gün enerjidaşıyıcılarına mövcud olan qiymətlər iqtisadi cəhətdən əsaslandırılıb və müəyyən vaxta qədər münasib olacaq. Şura - kollegial orqan olsa da, mən sədr kimi bildirirəm ki, mart ayında növbəti qiymət artımı gözlənilmir və bu söhbətlər şaiyələrdən başqa bir şey deyil", deyə nazir əmin edib.

Onun sözlərinə görə, Tarif Şurasına Təhsil Nazirliyinin ali təhsil məktəblərində təhsil haqqının artırılması təklifi təqdim olunub. Bu təkliflərlə artıq dörd aydır ki, tanış oluruq. "Əgər analoji təkliflər dövlət universitetlərindən də gəlsə, o zaman biz onlara baxacayıq, lakin haqların artırılması ilə bağlı qərar hələ ki, yoxdur", deyə H.Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti