...

2007-ci ilin fevral ayı ərzində Naxçıvanın enerji sisteminə daxil olan enerjinin həcmi

Energetika Materials 9 Mart 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakl/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin fevral ayı ərzində Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 2006-cı ilin müvafiq dövründə olan 118,08 mln. kVt/saat elektrik enerjisinə qarşı 79 mln kVt/saatdan çox elektrik enerjisi daxil olub. Bu barədə məlumatı cümə günü "Azərenerji" SC-dən veriblər.

"Araz" SES-dən 4.4 mln kVt/saat, Naxçıvan qaz-turbin stansiyasından 10,3 mln. kVt/saat, Naxçıvan modul elektrik stansiyasından 23,3 mln. kVt/saat elektrik enerjisi Naxçıvan enerji sisteminə ötürülüb. Bundan əlavə, İrandan 38 mln. kVt/saat, Türkiyədən isə 3 mln. kVt/saat enerji alınıb.

Orta hesabla sutka ərzində Naxçıvana İrandan 50-60 MVt və Türkiyədən isə 4-5 MVt enerji verilir.

Xəbər lenti

Xəbər lenti