...

Azərbaycan Dövlət Neft Şirkəti Tailanda hər ay 1 mln. barrel neft çatdıracaq

Energetika Materials 12 Mart 2007 14:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Tailandın PTT Public Company Limited şirkətinin neft emalı zavodlarına ayda 1 milyon barrelə qədər Azeri Light nefti çatdıracaq. Bu barədə bu gün ADNŞ-dən məlumat verilib.

İşlər ADNŞ və PTT Public Company arasında fevralın 28-də şəxsi neftin birbaşa çatdırılması ilə bağlı ikitərəfli müqavilə çərçivəsində həyata keçiriləcək.

Müqavilənin fəaliyyət müddəti 1 ildir. Neft Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə ilə çatdırılan FOB və CFR Ceyhan şərtləri ilə çatdırılacaq.

PTT Public Company Limited - neft və qaz hasilatı, emalı, nəqletmə və neft məhsullarının ixrac və idxalı ilə məşğul olan iri Tailand şirkətidir.

PTT Tailandda sutkalıq emal gücü 925 min barrel olan dörd neft emalı zavodunda biznes iştirakına malikdir.

Xəbər lenti

Xəbər lenti