...

Bakı-Supsa kəmərindəki texniki nasazlıqlar ilin ortalarına qədər neft ixracına yenidən başlamağa imkan verməyəcək

Energetika Materials 15 Mart 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilov/ BP-nin göstəricilərinə görə, Bakı-Supsa marşrutunda olan texniki nasazlıqlar ən azı 2007-ci ilin ortalarına qədər neft ixracına yenidən başlamağa imkan verməyəcək. Bu barədə məlumatı cümə axşamı Dövlət Neft Şirkətinin yüksək vəzifəli təmsilçisi verib.

"ARDNŞ-ı 2007-ci ilin qalan dövrü ərzində kəmərlə ixrac oluna biləcək neftin həcmi maraqlandırır. Ancaq biz konkret məlumat ala bilmirik. Bu məsələ kəmərin nə zaman fəaliyyətə başlayacağı ilə əlaqədardır",-deyə bildirilib.

Onun sözlərinə görə, Bakı-Supsa kəmərinin Gürcüstan hissəsində texniki problemlər var. Həmçinin kəmərin işinə təhlükə ola biləcək sürüşmələr də mövcuddur.

"Buna görə də operatorun (BP) imkanları hesabına nasazlıqların aradan qaldırılması perspektivləri və formaları müəyyənləşdirilir",-deyə o bildirib.

Hazırda "Azəri-Çıraq-Günəşli" yatağınadan çıxarılan neft BTC, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə Poti limanına ixrac olunur.

Xəbər lenti

Xəbər lenti