...

Nazir: "Azərbaycan Dövlət Net Şirkəti Gürcüstana ancaq böhranlı vəziyyətlərdə qaz tədarük edə bilər"

Energetika Materials 27 Mart 2007 19:49 (UTC +04:00)
Nazir: "Azərbaycan Dövlət Net Şirkəti Gürcüstana ancaq böhranlı vəziyyətlərdə qaz tədarük edə bilər"

Azərbaycan, Bakı/ Trend / Bu gün Bakıda Azərbaycan və Gürcüsatan arasında ARDNŞ-in Gürcüstana qaz tədarükü müqaviləsinin vaxtının uzadılması istiqamətində danışıqlar başlayıb. Danışıqlar üçün Azərbaycana Gürcüstanın energetika nakziri Nika Qilauri gəlib.

Sənaye və energetika naziri Natiq Əliyevin çərşənbə axşamı bildiridiyinə görə, bu gün ARDNŞ-in ilin sonuna qədər Gürcüstana qaz tədarük edəcəyini demək çətindir.

"Bizim 2007-ci ilin birinci rübündə Gürcüstana qaz tədarük olunması barədə müqaviləmiz var idi. Biz bunu yerinə yetirmişik. Müqavilədə nəzərdə tutulmuş qaz tam həcmdə Gürcüstana verilib",-deyə o bildirib.

Gürcüstan istəyir ki, ARDNŞ ilin sonuna qədər qaz tədarük etsin. "Mənim fikrim belədir ki, ARDNŞ qazı Gürcüstana ancaq böhranlı vəziyyətlərdə tədarük oluna bilər",-deyə Əliyev bildirib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda qazla bağlı vəziyyət ideal deyil. "Azərbaycan özu haqqında da düşünməlidir",-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti