...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 11 Aprel 2007 15:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin qiyməti aprelin 10-da $66,26/barr təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,39/barr azdır.

AZERI LT CIF Augusta neftinin qiyməti aprelin 10-da $67,15/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,39/barr azdır.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti aprelin 10-da $61,94/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,49/barr azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Aprelin 10-da Brent Dated neftinin qiyməti $66,93/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,77/barr azdır.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti