...

Ekspert: Azərbaycan "qaz OPEK"ində koordinator-ölkə statusunu tuta bilər

Energetika Materials 13 Aprel 2007 18:56 (UTC +04:00)
Ekspert: Azərbaycan "qaz OPEK"ində koordinator-ölkə statusunu tuta bilər

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbacyan "qaz OPEK"ində ən yaxşı halda koordinator-ölkə siyasi statusu tuta bilər. Bu barədə cümə günü İctimai Vəsaitlərin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, gözlənildiyi kimi, bu sahədə irəliləyiş hələ ki, müşahidə olunmur. Belə ki, bu təşkilatın tərkibi müxtəlif sahəlidir, qaz qiymətlərinin nizama salınması predmetinə aqressiv yanaşan və qaza malik olub onunla mübadilə etmək istəməyən dövlətlər də var.

"Vəziyyətin cari inkişaf mərhələsində hər hansı bir blok haqda danışmaq vaxtından qabaqdır", - deyə o bildirib.

Ekspertin fikrinə görə, bundan çıxış edərək Azərbaycan 2008-ci ildən etibarən fəal olaraq dünya qaz bazarında iştirak edəcək. Güman olunur ki, bizə hansısa öhdəliklər qoyulacaq.

"Azərbaycan bu təşkilata qoşula bilər. Lakin iştirakçı kimi yox, hər hansı məsələlərin razılaşdırılması üçün koordinator ölkə kimi qoşulmalıdır", - deyə o bildirib.

Gaz de France-ın rəhbəri Jan-Fransua Sireli hesab edir ki, OPEK-in misalında qaz hasil edən iri ölkələrin kartelinin yaradılması ideyası Avropa istehlakçıları üçün gəlirli deyil. RİA "Novosti"nin məlumatına əsasən, bu fikri o, LCI telekanalına müsahibəsində səsləndirib.

"Əgər "qaz OPEK"i yaradılsa, bu, iki səbəbə görə istehlakçılar üçün pis xəbər olacaq. Birincisi, qaz yaxın otuz il ərzində hasilatı daha da inkişaf etdiriləcək enerji növüdür. Bizim qaza olan tələbatımız daha da artacaq", - deyə Sireli bildirib.

"İkincisi, ilbəil Avropanın asılılığı artacaq, çünki onun hasilat həcmləri azalır", - Gaz de France-ın rəhbəri hesab edir.

Onun sözlərinə görə, "qaz OPEK"i qiymətləri və hasilatı nizama salmağa çalışacaq, amma bu yaxşı xəbər deyil".

Eyni zamanda, Sirelinin fikrincə, qaz kartelinin yaradılması barədə hələ söhbət getmir, çünki Doxda keçirilən qaz ixracatçısı olan dövlətlərin forumunda "onun iştirakçıları arasında ziddiyyətlər yaranıb".

Qaz ixracatçısı olan dövlətlərin forumu 2001-ci ildə dünyanın qaz ehtiyatlarının 70 faizinə nəzarət edən Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Nigeriya, Oman, Qatar, Rusiya və Türkmənistan tərəfindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti