...

Yanvar-fevral aylarında respublikaya 10,2 faiz az elektrik enerjisi idxal olunub

Energetika Materials 17 Aprel 2007 13:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar-fevral aylarında respublikaya təxminən 8,9 mln. dollar məbləğində 349,5 mln. kVt/saat elektrik enerjisi idxal olunub. Çatdırılan elektrik enerjisinin həcmi ötən ilin analoji göstəricinə nisbətən 10,2 faiz aşağı düşüb və ümumi dəyəri 32,3 faiz azalıb. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Hazırda Azərbaycana elektrik enerjisi Rusiya, İran və Gürcüstandan idxal olunur. Türkiyə və İrandan elektrik enerjisinin idxalı blokadada olan Naxçıvan Muxtar Respublikası üçün həyata keçirilib.

Yanvar-fevrla aylarında idxal olunmuş məhsulun ümumi həcmindən sement klinkerlərinin payına 5,6 mln. dollar məbləğində (2006-cı ildən 1,5 faiz çox) 125,1 ton (2006-cı ildən 7,6 faiz çox) düşüb. Sement 5,8 mln. dollar məbləğində (2006-cı ildən 99,4 faiz çox) 157,8 min ton (2006-cı ildən 122,7 faiz çox) idxal olunub.

Xəbər lenti

Xəbər lenti