...

Azərbaycan Buxarestdə Cənubi-Şərqi Avropadakı enerji məsələlərini müzakirə edəcək

Energetika Materials 23 Aprel 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Aprelin 25-26-da Buxarestdə keçiriləcək QDİƏT Parlament Assambleyasının hüquq və siyasi məsələlər üzrə komitəsinin iclasında QDİƏT-ə daxil olan ölkələrin Avropa Birliyi dövlətləri ilə əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Toplantı zamanı həmçinin Cənubi-Şərqi Avropada enerji məsələlərilə bağlı fikir mübadiləsi aparılacaq.

Azərbaycanı tədbirdə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti