...

Azərbaycan Dövlət Neft Şirkəti və "PALMALI" neft çatdırılması ilə bağlı müqavilənin imzalanmasına yaxındır

Energetika Materials 25 Aprel 2007 18:55 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti və "PALMALI" neft çatdırılması ilə bağlı müqavilənin imzalanmasına yaxındır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) və "PALMALI" şirkətlər qrupu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılan neftin birbaşa nəqli ilə bağlı müqavilənin imzalanmasına yaxındır. Bu barədə çərşənbə günü məlumatlı mənbə məlumat verib.

Hazırda danışıqlar yekun mərhələdədir. Şirkət artıq bu layihə üzrə bir sıra razılıqlar əldə edib.

"Yaxın zamanlarda müqavilənin imzalanması gözlənilir" - deyə mənbə bildirib.

2007-ci ilin birinci rübündə ADNŞ və Taylandın "PTT" şirkəti bir illik müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Azərbaycan FOB və CFR şərtləri ilə Taylandın neft emalı zavodları üçün neft çatdıracaq. Hazırda ADNŞ Ceyhan limanından neftinin birbaşa çatdırılması ilə bağlı ABŞ və Uzaq Şərqlə danışıqlar aparır.

ADNŞ 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yatağında yüngül neft hasil edir.

"PALMALI" şirkəti Aralıq dənizi, Xəzər və Qara dəniz hövzələrində yük daşınması üzrə ixtisaslaşıb. Şirkət Rusiyanın daxili limanlarında yük daşımada liderdir. Şirkətin donanması 120-dən artıq şəxsi və icarəyə götürülmüş gəmilərdən ibarətdir.

"PALMALI" əsasən neft məhsulları (benzin, qazoyl, həcm qazoylu, soba yanacağı, kerosin), neft, qida və sənaye yağlarının nəql olunması üzrə ixtisaslaşıb. Bundan başqa, şirkətin quru yük daşıma donanması var. Bunun vasitəsilə quru yüklərin bütün növləri daşınır.

Xəbər lenti

Xəbər lenti