...

Azərbaycan Dövlət Neft Şirkəti perspektivli quru sahədə axtarış-kəşfiyyat qazma işlərinə başlayıb

Energetika Materials 4 May 2007 14:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) "Abşeron" qazma işləri idarəsi "Türkan" perspektiv sahəsində kəşfiyyat quyusunun qazılması işinə başlayıb. Bu barədə cümə günü ADNŞ-dən məlumat verilib. Quyunun layihə dərinliyi 3800 metr təşkil edir.

Azərbaycan Dövlət Neft Şirkəti "Türkan"da iki kəşfiyyat quyusunun qazılması imkanını nəzərdən keçirir. İkinci kəşfiyyat quyusunun qazılması həmçinin bu il üçün nəzərdə tutulur.

"Bu işlərə hazırlıq artıq başlayıb" - deyə ADNŞ-dən bildirilib.

Quyulardan birinin 3800 metr, digərinin isə 4000 metr dərinlikdə qazılması nəzərdə tutulur. Bu yataqdakı quyularda ilkin debit 40-50 tondur. Ehtiyatların qiymətləndirilməsi kəşfiyyat işlərinin başa çatdırılmasından sonra aparılacaq.

Xəbər lenti

Xəbər lenti