...

Azərbaycan alternativ elektrik enerjisinin xüsusi çəkisini artırmağı planlaşdırır

Energetika Materials 4 May 2007 16:12 (UTC +04:00)
Azərbaycan alternativ elektrik enerjisinin xüsusi çəkisini artırmağı planlaşdırır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Azərbaycanın Sənaye və Energetika Nazirliyi xarici ekspertlərlə birgə ölkədə külək, günəş enerjisinin, kişik su elektrik stansiyalarının istifadəsi potensialını öyrənir. Bu barədə Naziriliyin İqtisadiyyat şöbəsinin rəhbəri Rafiq Əliyev bildirib.

İlkin hesablamalara görə, beş il müddətində Azərbaycanda 100-ə qədər alternativ enerji mənbəyi quraşdırmaq planlaşdırılır.

Onun sözlərinə görə, bu gün Azərbaycanda olan alternativ enerji mənbələrindən istehsal olunan elektrik heç bir faizə çatmır ki, bu da kiçik elektrik stansiyalarının payına düşür. Avropa ölkələri və inkişaf etmiş ölkələrdə alternativ enerji istehsalının illik 10-15 faiz artırılması planı qarşıya qoyulub.

"Baxmayaraq ki, Azərbaycanda hələ ki, konkret qurğular yoxdur, bu istiqamətdə geniş işlər görülür. Yaxın zamanlarda bunların tətbiqi nəticəsində Azərbaycan da həmin ölkələr siyahısına daxil olacaq",-deyə R.Əliyev hesab edir.

Gücündən asılı olaraq kiçik elektrik stansiyalarının qiyməti 600 min dollardan başlayaraq 1 mln. dollara (1MVt) qədər artır.

Hələ 1998-99 illərdə Yaponiyanın Tomen şirkəti Azərbaycanda üçaylıq araşdırmalar apararaq hesabat hazırlamışdı. Qobustanda 60 MVt gücündə külək elektrik stansiyasının tikintisi 100 mln. dollar dəyərindəı qiymətləndirilirdi. Bu ərazi külək elektrik stansiyasının quraşdırılması üçün daha ideal hesab olunur, belə ki, burda yerdən 10 km məsafədə küləyin sürəti 8 m/s-dir. Amma maya dəyəri yüksək olduğuna görə layihə o zaman hökumət tərəfindən dəstəklənmədi və təxirə salındı.

Xəbər lenti

Xəbər lenti