...

Azərbaycan Türkiyəyə qaz ixrac etməyə hazırlaşır

Energetika Materials 5 May 2007 15:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan qazının Avropa bazarlarına ixracı üçün nəzərdə tutulmuş Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) tikintisi tamamilə başa çatıb.

"Qazın uçotu ilə bağlı komissiya aparmaq lazımdır, bundan sonra Türkiyəyə yanacağın çatdırılmasına başlanacaq" - deyə Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) qaz əməliyyatları departamentinin rəhbəri Kamal Abbasov məlumat verib.

Cənubi Qafqaz qaz kəməri vasitəsilə qaz "Şahdəniz" yatağından çatdırılır. Hazırda yataqda bir quyu işləyir, quyudan hasilat təxminən 5,1 mln. kubmetr təşkil edir. Mayın sonunda yataqda daha bir quyu istifadəyə veriləcək və hasilat sutkada 10 mln. kubmetrədək çatdırılacaq.

"Şahdəniz"in işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kubmetr qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti