...

"Azəriqaz" rəhbəri: 2007-ci ildə istifadə olunmuş qaza görə vəsaitlərin yığımı 85 faizi üstələyəcək (video)

Energetika Materials 10 May 2007 17:36 (UTC +04:00)
"Azəriqaz" rəhbəri: 2007-ci ildə istifadə olunmuş qaza görə vəsaitlərin yığımı 85 faizi üstələyəcək (video)

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynli/"Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov çümə axşamı bəyan edib ki, bu il əhalinin istifadə etdiyi qaza görə yığım faizinin 85%-dən yuxarı olması proqnozlaşdırılıb. Onun sözlərinə görə, apreldə əhalidən qaz yığımı 60% təşkil edib.

"İstifadə olunan təbii qaza görə vəsaitin yığımında problemlər var. Biz bütün imkanlardan istifadə edirik ki, yığımın səviyyəsi artsın. İstənilən nəticə əldə olunmasa da, dinamik inkişaf qeydə alınır", deyə Məlikov bildirib.

Abonentlərin sayğaclaşdırılması prosesinin yekunlaşmaq ərəfəsində olduğunu deyən Məlikov bəzi rayonlarda abonentlərin 2-3%-nin sayğaclaşdırılmadığını vurğulayıb. Onun sözlərinə görə, yeni abonentlər artdığından sayğaclaşdırma prosesinin başa çatması gecikir.

"Azəriqaz" rəhbəri bildirib ki, sayğaclaşdırmadan sonra qazın sərfində 10-15% qənaət qeydə alınıb. Bu göstəricinin növbəti aylarda artacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti