...

Gürcüstan, Türkiyə və Azərbaycan vahid energetika sisteminin yaradılması barədə müzakirələr aparır

Energetika Materials 12 May 2007 14:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Türkiyə və Gürcüstan Azərbaycan-Gürcüstan-Türkiyə vahid elektroenergetika sisteminin yaradılması üçün elektrik enerjisi ötürücü xətlərinin tikintisi imkanlarını müzakirə edir. Bu barədə şənbə günü "Azərenerji" SC-dən məlumat verilib. İşlərin böyük həcmi məhz Gürcüstan və Türkiyənin ərazisinə düşür.

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək 500 kV elektrik ötürücü xəttinin tikintisi layihəsinin reallaşdırılması üçün bu layihənin əhatə edəcəyi Azərbaycanın elektrik xətlərinin 40 faizinin təmirə ehtiyacı var. Gürcüstanda elektrik ötürücü xətlərinin 90 faizini təmir etmək lazımdır. Bu məlumatlar ötürücü şəbəkələrin apardığı monitorinq nəticəsində əldə olunub.

Türkiyə ərazisində isə ümumiyyətlə bu elektrik ötürücü xətti üçün komponentlərin olmaması müşahidə edilir.

Bu elektrik ötürücü xəttinin tikintisi üç ölkənin elektroenergetika sisteminin işini sinxronlaşdırmağa, həmçinin Avropa elektroenergetika sisteminə çıxışa imkan verəcək. Bu elektrik ötürücü xəttinin tikintisi barədə sənəd Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fevralın 7-dəki Tbilisi görüşü zamanı imzalanıb.

Layihənin dəyərinin müəyyənləşdirilməsi üçün onun texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti