...

Azərbaycan Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələri arasında ilk dəfə UN Public Service Award mükafatına layiq görülüb

Energetika Materials 18 May 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Respublikasının Dövlət Neft Fondu "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na (UN Public Service Award) layiq görülüb. Bu barədə cümə günü ARDNF-in yaydığı məlumatda göstərilib.

Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən birinci dövlət qurumudur.

2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"nın təqdimetmə mərasimi BMT-nin Vyanadakı qərargahında iyunun 26-29-da "Hökumətin Yenidən Qiymətləndirilməsi" ("Hökumət İslahatları") mövzusunda 7-ci Qlobal Forum çərçivəsində keçiriləcək. Mükafatları BMT Baş katibinin təqdim edəcəyi və mərasimdə 12 dövlət başçısının iştirakı gözlənilir.

2007-ci il üçün mükafata 14 ölkənin - Avstriya, İsveçrə, Kanada, Avstraliya, Sinqapur, Hindistan, Keniya, Mərakeş, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Çili, Cənubi Afrikanın dövlət təşkilatları layiq görülüb.

Mükafatlar "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması", "Dövlət qurumunun fəaliyyətində inkişaf", "İnnovativ mexanizmlər vasitəsilə müxtəlif siyasətləri müəyyənləşdirən qərarların verilməsində iştirak" kateqoriyaları üzrə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti