...

Azərbaycanda qazın məxaric balansı aşağı düşüb

Energetika Materials 22 May 2007 13:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/2007-ci ilin birinci rübündə Azərbaycanda qazın məxaric balansı 3,2 mlrd. kubmetr təşkil edib. Bu da keçən ilin analoji dövründən 15,7 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumi həcmdən 82,8 faizi ölkə daxilində istifadə olunub, itkilər 5 faiz təşkil edib, 0,9 faiz ixrac olunub və martın sonu üçün qalıq 11,3 faiz təşkil edib.

Qazın 46,1 faizi sənaye müəssisələri tərəfindən istifadə olunub, 32 faiz əhaliyə satılıb, 4,7 faiz kommunal-məişət ehtiyaclarına sərf olunub.

Yeraltı qaz anbarlarına vurulan qaz həcmi 54,4 faiz artaraq 361,5 mln. kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, birinci rübdə mazutun məxaric balansı 353,3 min ton təşkil edib, bu da keçən ilin analoji dövründən 2,3 faiz çoxdur. Bu həcmin 351,8 min tonu sənaye müəssisələrinə (keçən ildən 2,2 faiz çox), 1,4 min ton nəqliyyat müəssisələrinə (keçən ildən 19,1 faiz çox) və digər ehtiyaclara 0,1 min ton (keçən ilə barəbər) sərf olunub.

Birinci rübdə daş kömürün məxaric balansı 1,3 min ton təşkil edib. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə göstəricinin 2,5 dəfə artdığını göstərir. Kömür bütünlüklə nəqliyyat sistemində istifadə olunub.

Xəbər lenti

Xəbər lenti