...

"Agip" "Kaşaqan" yatağında yeni quyunun test nəticələrini elan edib

Energetika Materials 24 May 2007 13:35 (UTC +04:00)
"Agip" "Kaşaqan" yatağında yeni quyunun test nəticələrini elan edib

Azərbaycan, Bakı / " /Qazaxıstanda "Kaşaqan" yatağının operatoru olan "Agip" KCO yeni quyunun testdən müsbət keçdiyini elan edib və neftin ilk axını sutkada 35 min barr. (ildə 1,7 mln. ton) təşkil edir. Bu barədə "Energy Intelligence Group" məlumat verib.

Yataqda neftin sənaye hasilatı 2010-cu ilə planlaşdırılır. İlkin olaraq layihənin dəyəri 10,3 mlrd. dollar məbləğində planlaşdırılırdı. Hazırda 19 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır.

Atıraudan 80 km cənub-qərbdə yerləşən "Kaşaqan" yatağı Qazaxıstanda ilk böyük dəniz yatağıdır. Kaşaqanın sahəsi 75 km x 45 km təşkil edir. Yataq 2000-ci ildə birinci qabaqlayıcı quyunun (VK-1) qazılması nəticəsində açılıb.

Hazırkı qiymətləndirmələrə görə, potensial geoloji yataqlar 38 milyard barrel təşkil edir, bunun da 13 milyardı plasta vurulma texnologiyasının tətbiqi nəticəsində potensial hasil olunandır.

"Kaşaqan" layihəsinin bir sıra səhmdarları Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi layihəsinin investorlarıdır və neft kəmərində ötürücülük qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti