...

"BP Azərbaycan" "Şahdəniz" yatağında əvvələr dayandırılmış quyunu işə salıb

Energetika Materials 29 May 2007 17:18 (UTC +04:00)
"BP Azərbaycan" "Şahdəniz" yatağında əvvələr dayandırılmış quyunu işə salıb

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev /"BP Azərbaycan" texniki işlərin aparılmasından sonra "Şahdəniz" qaz-kondensat yatağında qaz sızmasının aşkarlanması səbəbindən fevralda hasilatın dayandırıldığı quyunu işə salıb. Bu barədə çərşənbə axşamı mətbuat konfransında "BP Azərbaycan"nın rəhbəri Bill Şreder bildirib.

Beləliklə, hazırda "Şahdəniz" yatağında qaz və kondensat iki quyudan hasil olunur.

Onun sözlərinə görə, quyuların sutkalıq debiti təxminən 5,2 mln. kubmetr təşkil edir. Sutkalıq hasilatın 9 mln. kubmetrədək artırılması planlaşdırılır.

"İki həftə ərzində yataqda daha bir quyu işə salınacaq", deyə o bildirib.

"Şahdəniz"in işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrdkub metr qaz hasil olunacaq.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı ilin iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ADNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti