...

BP 2007-ci il üçün Azərbaycanda olan neft və qaz layihələrinin kapital xərclərini açıqlayıb (video)

Energetika Materials 29 May 2007 17:42 (UTC +04:00)
BP 2007-ci il üçün Azərbaycanda olan neft və qaz layihələrinin kapital xərclərini açıqlayıb (video)

Azərbaycan, Bakı/ Trend müxnbir S.Əliyev/ Azərbaycanda BP Azerbaijan şirkətinin operator olduğu əsas layihələr üzrə 2007-ci ildə kapital xərcləri $3,139 mlrd. təşkil edir. BP Azerbaijan rəhbəri Bill Şrederin çərşənbə axşamı mətbuat konfransında bildirdiyinə görə, "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 2007-cildə kapital xərcləri $2,556 mlrd, "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə $369 mln., Bakı-Tiflis-Ceyhan layihəsi üzrə $152 mln., Cənubi Qafqaz qaz kəməri üzrə (SCP) - $62 mln. təşkil edir.

Onun sözlərinə görə, 2007-ci ilin birinci rübündə bu layihələr üzrə kapital xərcləri $744 mln. olub. 2007-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə kapital xərcləri $614 mln., "Şahdəniz" - $102 mln., Bakı-Tiflis-Ceyhan layihəsi üzrə $16 mln., Cənubi Qafqaz qaz kəməri üzrə (SCP) - $12 mln. olub.

2007-ci ildə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələri üzrə əməliyyat xərcləri $572 mln. səviyyəsində planlaşdırılır: "Azəri-Çıraq-Günəşli" - $389 mln., "Şahdəniz" layihəsinə - $183 mln.

Birinci rübdə isə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələri üzrə əməliyyat xərcləri müvafiq olaraq $79 mln., $29 mln. olmaqla ümumilikdə $108 mln. təşkil edib.

Xəbər lenti

Xəbər lenti