...

Cozef Vud: Rəsmi Vaşinqton Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Azərbaycandan nəql olunmasında maraqlıdır

Energetika Materials 30 May 2007 16:43 (UTC +04:00)
Cozef Vud: Rəsmi Vaşinqton Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Azərbaycandan nəql olunmasında maraqlıdır

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ABŞ vitse-prezidentinin milli təhlükəsizlik msələləri üzrə köməkçisi Cozef Vudla görüşüb.

Çərşənbə günü nazirliyin yaydığı məlumatda göstərilib ki, görüşdə əsasən Avropanın enerji təhlükəsizliyi məsələsi müzakirə olunub.

Əliyev Azərbaycanın 10 illik neft strategiyası ilə bağlı Vuda məlumat verib və qeyd edib ki, enerji dəhlizi rəqabətində rəsmi Bakı regionun enerji təhlükəsizliyinin təmin olunması üzrə rəsmi Vaşinqtonun dəstəyini mühim hesab edir. Vud bildirib ki, rəsmi Vaşinqton Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Azərbaycandan nəql olunmasında maraqlıdır.

O həmçinin söyləyib ki, ölkəsi bu məsələ ilə bağlı Qazaxıstan və Türkmənistanla intensiv danışıqlar aparır və bu sahədə Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsi lazımdır. Vud hər iki ölkəni konstruktiv və açıq dialoqa çağırıb. O hesab edir ki, Aşqabadla danışıqların başlanması üçün real şanslar yaranıb.

Görüşdə "Nabuko" qaz kəmərinin perspektivləri müzakirə olunub. Nazir bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı danışıqların aparılmasında maraqlıdır.

Əliyev hesab edir ki, bu istiqamətdə real işlər görməyin vaxtı gəlib çatıb. Azərbaycan "Nabuko" qaz kəmərinin reallaşdırılması üçün qısa zamanda tərəfdaş ölkələr arasında müqavilə bağlamağı təklif edir.

Xəbər lenti

Xəbər lenti