...

Britaniyanın BP şirkəti Gürcüstanın Şimal-Cənub qaz kəmərinin reabilitasiyası layihəsinin hazırlanmasına 400 000 dollar ayırıb

Energetika Materials 1 İyun 2007 17:48 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/ Britaniyanın BP şirkəti Rusiyadan Gürcüstana qaz çatdırmalarını təmin edən Gürcüstanın Şimal-Cənub qaz kəmərinin reabilitasiyasında iştirakı davam etdirir. Gürcüstanın Neft və Qaz Korporasiyasından verilən məlumata əsasən, şirkət layihə işlərinin maliyyələşdirilməsi üçün qrant halında 400 000 dollar ayırıb.

BP nümayəndələri qaz kəmərinə baxış keçirib, burada artıq reabilitasiya işləri aparılır. Britaniya şirkətinin nümayəndələri bu işlərlə tanış olub.

Gürcüstanın Neft və Qaz Korporasiyasının beynəlxalq əlaqələr üzrə şöbəsinin rəhbəri Mariyam Valişvilinin bəyan etdiyi kimi, BP Şimal-Cənub qaz kəmərinin reabilitasiyası işində Gürcüstana böyük yardım göstərir. "Onlar aparılan işlərdən məmnunluğunu və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib", deyə Valişvili bildirib.

Qeyd etmək lazımdır ki, Amerikanın "Minilliyin çağırışı" proqramı çərçivəsində Gürcüstanın enerji sektorunun reabilitasiyası layihəsinə 49,5 milyon dollar ayrılıb. Layihə 3 ilə hesablanıb və 2008-ci ildə tamamlanacaq. Layihə adıçəkilən qaz kəmərinin reabilitasiyasını nəzərdə tutur. Maliyyənin ən böyük hissəsi - 44,5 milyon dolları bu iş üçün sərf olunacaq. Bu layihədə həmçinin BP iştirak edir. O, layihə-hazırlıq işlərini maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti