Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Cümə günü "Azərbaycan Sərmayə Şirkəti" (ASŞ) AC-nin nəzarətedici şurasında Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintitsi layihəsinin təqdimatı keçirilir. ASŞ-dən cümə günü verilən məlumata görə, yığıncaq iqtisadi inkişaf naziri Heydər Babayevin sədrliyi ilə keçirilir.
Amerikanın "Nexand" şirkəti layihənin geniş biznes-planını işləyib hazırlayıb. Babayevin bundan əvvəl bildirdiyinə görə, terminalın tikintisi təqdimatın başa çatmasından dərhal sonra başlanacaq.
"İnvestisiya şirkətinin layihəni təsdiq etməsindən sonra biz bu layihədə iştirakda maraqlı olan beynəlxalq maliyyə institutlarına müraciət edəcəyik" - deyə nazir bildirib.
ASŞ layihənin əsas səhmdarı olan "Qafqaztransservis" şirkətinə terminalın tikintisi üçün vacib olan kredit resurslarının cəlb edilməsində hər cür dəstək göstərir. İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutları ilə danışıqlar aparılır.
Layihədə iştirakçıların sayı məhdud deyil, lakin hazırkı mərhələdə üstünlük kredit iştirakı üçün xarici bocların cəlb edilməsinə verilir. Halbuki Azərbaycan Sərmayə Şirkətinə layihədə iştirakın 25%-ə qədəri veriləcək.
Teminal BP şirkətinin Səngəçal terminalının 4 kilometrliyinədə yerləşəcək. Anbar terminalın həcmi birinci mərhələdə 200 min kubmetr təşkil edəcək və onu 600 min kubmetrə qədər genişləndirmək mümkün olacaq.
Dəmir yolu ilə yükləmə gücü bir il ərzində 25 mln. ton, boşaldıb-yükləmə gücü 50 mln. ton təşkil edəcək.
Terminal "Bakı-Tbilitsi -Ceyhan" kəməri ilə əlaqəyə malik olacaq və bu kəmərə bir il ərzində 30 mln. ton neft nəql etmək iqtidarında olacaq.
Terminalın ilkin gücünün 10 mln. ton olması planlaşdırılır. İlkin hesablamalara görə, layihənin dəyəri 100 mln. dollar təşkil edir.