Azərbaycan, Bakı /müx. Trend S.Əliyev, V.Şərifov / Bu həftə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda kataliz krekinqi qurğusunun işinin növbədənkənar təmirə dayandırılması neftin birbaşa ixraca göndərilməsinə səbəb olub.
Çərşənbə günü ARDNŞ-dən verilən məlumata görə, iyul ayında şirkət Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin ixracını 164 min ton olmaqla iki dəfə artıracaq.
Əlavə neft "Oil Refineries LTD" İsrail şirkəti tərəfindən təqdim olunacaq və bu şirkət iyulda ARDNŞ-in tenderində 84min ton neft alıb.
"Biz artıq kəmər vasitəsilə neft ötürülməsinin artırılması ilə bağlı "Transneft"ə sifariş vermişik" - deyə ARDNŞ-dan verilən məlumatda deyilir.
Neftin birbaşa ötürülməsi Neft Emalı Zavodunda kataliz krekinqi qurğusunda emal olunan mazut istehsalının azalması ilə əlaqədardır. ARDNŞ-da neftin birbaşa ötürülməsini həmçinin enerji istehsalı üçün mazutdan istifadənin azalması ilə izah edirlər.
Bakı Neft Emalı Zavodunda kataliz krekinqi qurğusunun fəaliyyətinin dayandırılması nəticəsində maye qazın istehsalı tamamilə dayandırılıb. Qurğunun təmirini iyulun sonunda başa çatdırmaq planlaşdırılır.