...

Azərbaycanda dağ xizəyi kurortu üçün modul tipli elektrik stansiyası tikilə bilər

Energetika Materials 23 İyul 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Şənbə günü keçirilən mətbuat konfransında "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əskərovun verdiyi məlumata görə, SC Azərbaycanın Qusar rayonunda yeni modul tipli elektrik stansiyasının tikintisi imkanlarını nəzərdən keçirir. Onun sözlərinə görə, Qusarda dağ xizəyi kurortu tikilməsi planlaşdırılır. Yay dövründə kurortda süni qardan istifadə edilməsi planlaşdırılır. Süni qarın istehsalı üçün müvafiq istehsal obyektləri tələb olunur.

Stansiyanın nəzərdə tutulan gücü 100-150 MVt təşkil edir. Səhmdar Cəmiyyət 12 blokdan ibarət modul tipli elektrik stansiyanın tikintisi imkanlarını nəzərdən keçirir. Stansiya 140 MVt enerji istehsal edəcək. Azərbaycanın bu növ elektrik stansiyalar tikmək sahəsində təcrübəyə malik deyil. Respublikada Finlandiya şirkəti "Wartsila" tərəfindən ümumi gücü 450 MVt olan beş modul stansiyası tikilib. Hazırda istehsal gücü 300 MVt olan nəhəng modul tipli elektrik stansiyasının tikintisinə başlanıb.

Xəbər lenti

Xəbər lenti