...

"KNOC" və "Shell" şirkətləri Azərbaycandakı neft layihəsində iştirak payının bir hissəsinin satılması barədə razılaşma imzalayıblar

Energetika Materials 27 İyul 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev, V.Şərifov/ Koreyanın milli neft korporasiyası (KNOC) və "RD Shell" Britaniya-Holland şirkəti Xəzərin Azərbaycan sektorundakı "İnam" perspektiv struktur layihəsində "Shell" şirkətinin iştirak payının satılması haqqında razılaşma imzalayıblar. Bu barədə cümə günü layihəyə yaxın mənbə bildirib.

"İnam" layihəsində "BP" operator olmaqla 25 faiz, ARDNŞ 50 faiz və "Shell" 25 faiz paya malikdir.

"Koreya neft şirkəti "İnam" layihəsində "Shell" şirkətinin payının bir hissəsini almaq istəyir. Konkret nə qədər faizin satılması barədə danışıqlar isə davam edir" - deyə mənbə qeyd edir.

Daha öncə Koreya neft şirkəti "İnam" layihəsində 50 faiz iştirak payına malik olan Azərbaycan Dövlət Neft Şirkətinin 20 faiz iştirak payını almaq istəyini bildirmişdi.

"ARDNŞ layihənin kəşfiyyat mərhələsində öz iştirak payını satmamaq barədə qərar qəbul edib" -deyə mənbə söyləyib.

ARDNŞ-in bu mərhələdə öz payını satmaqdan imtina etməsi onunla izah oluna bilər ki, hazırda ARDNŞ-in riski yoxdur, belə ki, layihənin kəşfiyyat mərhələsində onun payının maliyyələşməsini digər iştirakçılar "BP" və "Shell" öz üzərinə götürüb.

Daha öncə Koreya şirkətinin nümayəndələri bildirmişdilər ki, koreyalı mütəxəssislərin texniki göstəriciləri qiymətləndirmələrinə əsasən, "İnam" perspektiv strukturunda neft ehtiyatları çox yüksəkdir. Bununla belə, işlənilmədə böyük risklər var. "KNOC" ARDNŞ-ə bu layihədə ehtiyatların qiymətləndirilməsini aparmağı təklif edib.

PSA çərçivəsində "İnam" yatağında avqust ayında dərinliyi 6 min metr olan ikinci kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

Birinci quyu yaranan qeyri-adi təzyiqlə əlaqədar ləğv olunub.

Xəbər lenti

Xəbər lenti