...

Azərbaycan neftinin qiyməti: 23-27 iyul həftəsinin yekunları

Energetika Materials 30 İyul 2007 15:12 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 23-27 iyul həftəsinin yekunları

Azərbaycan,Bakı /müxbir Trend V.Şərifov/ 23-27 iyul həftəsində Azərbaycanın hazırda Gürcüstanın Batumi və Türkiyənin Ceyhan limanlarından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $77,14/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,52/bar. və ya 2 faiz aşağıdır.

23-27 iyul həftəsindəAZERI LT neftinin maksimal qiyməti $78,17/bar., minimal qiyməti isə $75,86/bar. təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

23-27 iyul həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $72,82/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,81/bar. və ya 2,5 faiz aşağıdır.

23-27 iyul həftəsində URAL neftinin maksimal qiyməti $74,02/bar., minimal qiymət isə $71,52/bar. təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

23-27 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $76,62/bar. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,81/bar. və ya 2,4 faiz aşağıdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti 77,90$/bar., minimal qiymət isə $75,94/bar. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti