Bakı, Azərbaycan / Trend müxbir A. Bədəlova/ Rusiyanın "Kommersant" qəzetinin baş redaktorunun müavini, politoloq Azər Mürsəliyev hesab edir ki, Rusiya qazı hələ uzun müddət rəqabətdən kənar qalacaq. "Avropa Rusiya qazından imtina edə bilməz, yalnız Rusiya qazından asılılığını hissə-hissə azalda bilər" - deyə Mürsəliyev bildirib.
Ötən həftə Xəzər dənizi hövzəsindən, Mərkəzi Asiyadan və orta Şərqdən Avropaya təbii qazın çatdırılması üzrə türk-yunan kəmərinin tikintisi başa çatdırılıb. Qaz kəməri Rusiyadan qaz asılılığına son qoymağa çalışan Avropa üçün mühüm alternativ marşrutdur.
Mürsəliyevin sözlərinə görə, Avropa üçün kəmərin tikintisi yalnız siyasi nöqteyi -nəzərdən vacibdir.
"Siyasi nöqteyi-nəzərdən Avropa manevr sərbəstliyi əldə edə bilər, lakin iqtisadi nöqteyi-nəzərdən demək olmaz ki, yeni marşrut Rusiya marşrutu üçün kəskin rəqabətdir" - deyə Mürsəliyev bildirib. Onun sözlərinə görə, Avropa ehtiyat edir ki, Rusiya hər hansı bir siyasi və iqtisadi güzəştlər əldə etmək məqsədilə qaz embarqosuna əl atsın.