...

BP "Çıraq" yatağındakı quyuları istismara qaytaracaq

Energetika Materials 16 Avqust 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Əliyev/ Azərbaycan Beynəlxalq Əməliyat Şirkətinin (ABƏŞ) istismar etdiyi "Çıraq" yatağında böyük miqdarda su çıxan iki quyu mövcuddur. Yan gövdələrin qazılmasından sonra su çıxan quyular istismara qaytarılacaq. Bu barədə "BP Azerbaijan" (ABƏŞ və Azərbaycanın Xəzər sektorunda "Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənilməsi layihəsinin operatoru) şirkətindən məlumat veriblər. Qazma işləri bu il başlayacaq. Quyuların 2008-ci ildə istismara qaytarılması planlaşdırılır.

Hazırda "Çıraq" platformasında 19 quyu (13 neft hasil edən və 6 su vuran) istismar olunur, hasilat isə sutkada 130 min barel təşkil edir. Hasilata başlanılan dövrdən, yəni 1997-ci ilin noyabrından 2007-ci ilin ikinci rübünün sonuna kimi "Çıraq" platformasından artıq 407 mln. bareldən çox (yaxud 55 mln. ton) neft hasil olunub.

Xəbər lenti

Xəbər lenti