...

Azərbaycan Dövlət Neft Şirkəti təcrübəsini Şri-Lankanın neft sənayesi ilə bölüşmək niyyətindədir

Energetika Materials 17 Avqust 2007 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Azərbaycanın Dövlət Neft Şirkəti neftin hasilatı, nəqli və emalındakı təcrübəsini Şri-Lankanın neft şirkətləri ilə bölüşməyə hazırdı. Bu barədə cümə günü Şri-Lankan ixracın və beynəlxalq ticarətin inkişafı naziri L.Peiris, neft və neft ehtiyatlarının inkişafı naziri Əbdül Həmid Fövzi ilə görüşündə ARDNŞ prezidentii Rövnəq Abdullayev bildirib.

Şri-Lankanın neft və neft məhsullarına tələbatının böyük olduğunu bildirən Peiris iki ölkənin müxtəlif sahələrdə, xüsusən neft-qaz sahəsində əməkdaşlığının inkişafını yüksək qiymətləndirib.

ARDNŞ prezidenti Şri-Lanka rəhbərliyinin təklifinin müzakirə ediləcəyini və öyrəniləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti