...

İran prezidenti Xəzəryanı dövlətlərin başçılarınınTehranda keçiriləcək sammitinin tarixini açıqlayıb (video)

Energetika Materials 22 Avqust 2007 11:17 (UTC +04:00)
İran prezidenti Xəzəryanı dövlətlərin başçılarınınTehranda keçiriləcək sammitinin tarixini açıqlayıb (video)

Azərbaycan, Bakı / Trend , müxbir P.Kəsəmənski/ Çərşənbə günü İran prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən mətbuat konfransında Azərbaycan və İran jurnalistlərinə bəyan edib ki, Xəzəryanı dövlətlərin dövlət başçılarının Tehranda keçiriləcək sammiti oktyabrın 16-da baş tutacaq.

"Biz hesab edirik ki, bu gün Xəzərin potensialı ədalətsiz istifadə olunur. Xəzəryanı dövlətlərin bütün dövlət başçıları sammitdə iştirak etməyə razılıq veriblər. Biz ümid edirik ki, sammitdə uzaqgörən addımların atılacağının və münasibətlərin möhkəmlənəcəyinin şahidi olacağıq" - deyə İran prezidenti bildirib.

Onun sözlərinə görə, Xəzər sülh, qardaşlıq və əməkdaşlıq dənizi olmalıdır.

"Bütün Xəzəryanı dövlətlər Xəzərin mövcud potensialından istifadə etmək məqsədilə imkanlar tapmalıdırlar, bu, dostluq və mehriban qonşuluq münasibətlərinin qurulması üçün gözəl bir imkandır" - deyə Əhmədinejad bildirib.

Qeyd edək ki, sammitdə Xəzərin hüquqi statusu ilə bağlı birgə bəyannamənin imzalanması gözlənilir. Birgə bəyannamə artıq Xəzəryanı dövlətlərin xarici işlər nazirləri tərəfindən işlənib hazırlanıb və nəzərdən keçirilməsi məqsədilə prezidentlərə təqdim olunub. SSRİ-nin süqutundan sonra Azərbaycan, Qazaxıstan və Rusiya öz aralarında Xəzərin statusu ilə bağlı razılığa gəliblər. Azərbaycan, İran və Türkmənistan arasında məsələlər isə hələ də həll olunmamış qalır.

Xəbər lenti

Xəbər lenti