...

Britaniyalı ekspert: Xəzəryanı dövlətlərin sammiti Xəzərin statusu ilə bağlı konkret nəticələr verməyəcək

Energetika Materials 23 Avqust 2007 19:29 (UTC +04:00)
Britaniyalı ekspert: Xəzəryanı dövlətlərin sammiti Xəzərin statusu ilə bağlı konkret nəticələr verməyəcək

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Xarici ekspertlər oktyabrın 16-da Tehranda baş tutacaq Xəzəryanı dövlətlərin sammitində Xəzər dənizinin statusu ilə bağlı konsensusa nail olunacağını proqnozlaşdırmırlar.

"Qətnamənin qəbulu prosesi uzun bir dövr çəkəcək" - deyə cümə axşamı Britaniyalı ekspert, "Nefte Compass" beynəlxalq nəşrinin redaktoru Maykl Ritçi bildirib.

Tehran sammiti sayına görə 2002-ci ildə Aşqabadda keçirilən sammitdən sonra ikincidir. Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. Həmin vaxt prezidentlər razılığa gəliblər ki, belə görüş rəhbər dairələr arasında hər il keçirilsin. Lakin növbəti görüş hələ də baş tutmayıb.

Bu dövr ərzində İran, Azərbaycan və Türkmənistanda liderlər dəyişib.

"Türkmənistan və İranın Xəzər dənizinin statusu ilə bağlı mövqeyini dəyişməsi ehtimalı azdır" - deyə o bildirib.

Lakin Ritçi hesab edir ki, Türkmənistanda rəhbərliyin dəyişməsi digər öləkələrlə, Azərbaycan, Rusiya və Qazaxıstanla razılığa nail olmaq üçün yaxşı şansdır. "Lakin bu proses çox asta gedir" - deyə o bildirib.

Xəzərin hüquqi statusu Sovet İttifaqı dönəmində 1921 və 1940-ci illər Sovet-İran razılıqlarına əsaslanıb.

Parametrlərin əvvəlki hüquqi rejimində Xəzəryanı ölkələr arasında perspektiv neft-qaz strukturlarının bölünməməsi bütün beş Xəzəryanı dövlətlər arasında konsensus əsaslanan Xəzərin yeni statusunun işlənib hazırlanmasının vacibliyinə gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti