...

BP-Exploration and Production rəhbəri Türkmənistanla sıx işgüzar əlaqələrin qurulmasına hazır olduqlarını təsdiqləyib

Energetika Materials 24 Avqust 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Aşqabadda Ttürkmənistan prezidenti Qurbanqulu Berdımuhambetov və BP-Exploration and Production şirkətinin prezidenti Endi İnqliş görüşüblər. Bu barədə xəbəri Turkmenistan.ru yayıb.

BP rəhbəri öz şirkətinin Türkmənistanla sıx işgüzar əlaqələrin qurulmasında maraqlı olduğunu və buna hazır olduğunu bildirib. İnqliş Türkmənistan prezidentini neft hasilatında, həmçinin dəniz şelfində hasilatda ixtisaslaşan "BP-Exploration and Production" şirkətinin fəaliyyəti ilə tanış edib.

Berdımuhambetov bildirib ki, Türkmənistan həmişə inam və qarşılıqlı səmərə prinsipləri əsasında əməkdaşlığa hazırdı. Ölkə rəhbəri şirkəti "Avaza" xüsusi iqtisadi zona layihəsində iştirak etməyə dəvət edib. Onun təklifləri sırasında Xəzərin sahilində şirkətin əməkdaşları üçün pansioknatın tikilməsi də var.

Danışıqlar zamanı birgə layihələr üçünixtisaslı kadrların hazırlanması məsələsi qaldırılıb. "BP-Exploration and Production" rəhbəri türkmənistan mütəxəssislərinin şirkətin fəaliyyətdə olan bir çox şirkələtlərində, o cümlədən Xəzər şelfindəki işləri ilə tanış olmasını təklif edib.

Xəbər lenti

Xəbər lenti