...

İsveçrə şirkəti Azərbaycan qazını Avropaya nəql etmək istəyir

Energetika Materials 29 Avqust 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / İçveçrənin "ECL" şirkəti "Şahdəniz" qazının Avropaya nəqli prosesində iştirak etmək niyyətindədir. Bu barədə İsveçrə Konfederasiyasının Bakıdakı səfiri Alain Kudretti Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə bildirib.

Azərbaycan artıq "Şahdəniz" yatağından qazın hasilatı və ixracına başlayıb. Qaz ölkənin daxili bazarında, Gürcüstan və Rusiyada satılır. Yaxın zamanlarda Azərbaycan Yunanıstana qaz ixracına başlaya bilər.

Səfir bildirib ki, bu məsələlərsentyabrın 28-29-da İsveçrəin Energetika üzrə Federal Ofisinin rəhbəri Volter Steimanın Bakıya rəsmi səfəri zamanı müzakirə olunacaq. Səfər zamanı iki ölkənin nazirlikləri arasında energektika üzrə əməkdaşlığa dair memarandumun imzalanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti