...

Azərbaycanın iqtisadi inkişaf naziri "Sumqayıtelektrikşəbəkə" ASC-yə yeni başçı təyin edib

Energetika Materials 4 Sentyabr 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişaf nazirinin sərəncamı ilə "Sumqayıtelektrikşəbəkə" ASC-nin yeni başçısı Mehman Mehdiyev təyin olunub.

Əvvəllər isə bu vəzifəni icra edən Fəxri Məmmədov (12 avqust, 2006-cı ildə təyin olunub) ünvanına olan çoxsaylı şikayətlərlə əlaqədar vəzifəsindən azad edilib.

"Elektrikşəbəkədə kadr dəyişiklikləri müəssisənin fəaliyyətinin təkmillşədirilməsi çərçivəsində davam etdiriləcək" - deyə nazirlikdən bildiriblər. Bu dəyişikliklərin başlıca məqsədi ölkənin şimal rayonlarının elektrik təminatının yaxşılaşdırılmasıdır.

Məmmədovdan başqa, elektrikşəbəkənin satış üzrə direktoru da vəzifəsindən azad edilib, digər şəxslərin də azad ediləcəyi gözlənilir, elektrikşəbəkədən verilən məlumatda belə deyilir.

"Məmmədovun gəlişi ilə elektrikşəbəkədə çox sayda insan işə qəbul olunub, lakin bu müəssisənin fəaliyyətinə təsir etməyib" - deyə elektrikşəbəkədən bildiriblər.

Elektrikşəbəkənin yeni başçısı vəzifəsinin icrasına sentyabrda başlayıb. Bu sahədə təcrübəyə malik yeni başçı əvvəllər Mingəçevir və Şəki elektrik təminatı sistemlərində çalışıb. Mehdiyevin 46 yaşı var və evlidir.

Xəbər lenti

Xəbər lenti